Bu gün Tiflisdə milli zəmində insidentin baş verdiyinə dair sosial şəbəkə hesablarında videogörüntülər yayılıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, görüntülərdə bir kişinin silahla kiməsə hədə-qorxu gəldiyi əks olunub.
İddia olunur ki, həmin şəxs kafedə çalışan Bolnisidən olan azərbaycanlı gəncə gürcü dilini bilməməsini irad tutub, çantasından silahı çıxararaq onu hədələyib.
Gürcüstanın Daxili İşlər Nazirliyindən yerli “Formula” telekanalına silahla hədə-qorxu gələn şəxsin saxlanıldığı bildirilib.
İnsidentin digər təfərrüatı hələ açıqlanmır.
Xatırladaq ki, sentyabrın 19-da Marneulidə Mamuka Qiqani adlı şəxs şirniyyat mağazasının əməkdaşı Orxan Piriyevə gürcü dilində danışmadığına görə şillə vurub. M.Qiqani saxlanılıb və faktla bağlı yeniyetməyə qarşı zorakılıq faktı ilə bağlı istintaq aparılır. Törədilmiş cinayət əməli 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!
- Tələbə qəbulu "mygov"a inteqrasiya ediləcək
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto