Ötən il Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir.
BUTA.TV xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələn il NATO gələcək planları üçün Türkiyənin paytaxtı Ankarada toplantı keçirəcək:
“Bu, regional oyunçuların qlobal müzakirələrə ev sahibliyi edə biləcəyini göstərir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr insanları mədəniyyət, iqtisadiyyat, bağlantı ətrafında birləşdirir. Bu layihələr BTC, TANAP, TAP və digərləri vasitəsilə Asiyanı Avropaya birləşdirir”.
O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər:
“Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi inkişafa yol açır”.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev uzun müddətdir davam edən Azərbaycan-Ermənistan münaqişəsinin həllində liderlik göstərir.
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!
- Tələbə qəbulu "mygov"a inteqrasiya ediləcək
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto