Gəldiyim qənaət ondan ibarətdir ki, İlham Əliyev beynəlxalq birliyi Azərbaycanla əməkdaşlığı genişləndirməyə çağırır. İnvestorları Azərbaycanın investisiya qoyuluşu üçün təhlükəsiz olmasına, investisiya qoyuluşu üçün əlverişli biznes mühitinin mövcudluğuna inandırmaq istəyir. Prezident ABŞ-la yaranmış isti münasibətlərdən istifadə edib, səfər zamanı ABŞ investorları ilə bu istiqamətdə bir sıra görüşlər keçirdi. Ümid edək ki, Prezidentin bu səyləri öz müsbət nəticəsini verəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin ABŞ-a səfəri haqda qeyd edib.
O vurğulayıb ki, BMT Baş Assambleyasında çıxış edərkən Prezident İlham Əliyev ölkəmizin öz ərazi bütövlüyünü necə bərpa etməsini, sülh üçün göstərdiyi səyləri bir nümunə kimi göstərdi.
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı