Donald Tramp strategiyasını dəyişib və hazırda öz məqsədlərini təmin edir. ABŞ Avropa istiqamətində maksimum nəticələr əldə edib – həm silah, həm də enerji tədarükündə Avropanı özündən asılı vəziyyətə salıb. Digər tərəfdən, Rusiya mövqeyini dəyişmədiyi üçün Vaşinqton indi ona təzyiqi avropalılar vasitəsilə göstərməyə çalışır. ABŞ demək olar ki, heç nə itirmir, müharibə isə daha da şiddətlənir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Fərhad Məmmədov Trampın Ukrayna siyasətində dəyişən ritorikasını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Rusiya Avropada qorxu yaratmaq üçün Polşa və Baltik ölkələrinin hava məkanına daxil olur, müxtəlif təxribatlar törədir:
“Bununla Moskva Avropa ölkələrinə mesaj verir ki, döyüşün davam etməsi halında münaqişə onların ərazilərinə də yayıla bilər. Kreml əsasən Avropa ölkələrinə təsir mexanizmlərindən istifadə edir”.
F.Məmmədovun sözlərinə görə, ABŞ bu durumda iki istiqamətdə hərəkət edir:
“Əgər Rusiya Vaşinqtonun istəklərinə uyğun addım atsa, müharibənin dayandırılması mümkün ola bilər. Əks halda, ABŞ vəziyyəti sərbəst buraxaraq həm müttəfiqlərinə, həm də digər tərəflərə silah satmaqla daha çox gəlir əldə etməyi planlaşdırır”.
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!
- Tələbə qəbulu "mygov"a inteqrasiya ediləcək
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto