Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Orxan Şəfiyev və 2003-cü il təvəllüdlü M.Musayeva xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, qəzada xəsarət alan Orxan Şəfiyev Vətən mühirəbəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, 44 günlük Vətən Müharibəsində şəhid olan Daşqın Şəfiyev sosial şəbəkədə yaydığı bir video ilə yaddaşlarda silinməz iz buraxıb. Bu videolentdə o, “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı”,-deyə sosial şəbəkədə hisslərini ifadə edən bir qıza “gecə-gündüz Qarabağın alınması üçün əsgərlərimizə dua elə, səni yerin dibində də olsan tapıb özüm alacam” söyləməklə reaksiya vermişdi.
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!