Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. Atası AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Qorxmaz İmanov, babası isə məşhur xalq artisti, bəstəkar Süleyman Ələsgərovdur.
O, 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.
1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib.
1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. DTX Mədəniyyət mərkəzinin rəisi idi.
1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub.
2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəli idi, 4 övladı var.
O, aktyor Tahir İmanovun qardaşıdır.
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!