Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin Düşənbədə keçirilən sammiti çərçivəsində sülhə doğru irəliləyişi müzakirə ediblər.
BUTA.TV Unikal-a iustinadla xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev görüşün yekunları üzrə jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammiti çərçivəsində söhbət ediblər.
"Yəqin ki, özünüz gördünüz ki, Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında çox isti söhbət olub və mübahisəli məsələləri deyil, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində irəliləyişin necə olacağına dair məsələləri müzakirə ediblər", - Lebedev bildirib.
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq