Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və türk ölkələrinin vətəndaşlarına Türkiyə vətəndaşlığına yaxın bir status verən qərar mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri BUTA.TV-a açıqlamasında ekspert Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu vaxta qədər Türkiyədə azərbaycanlılar istər təhsil, istərsə də digər sahələrdə “əcnəbi” statusunda qiymətləndirilirdi:
“Nə qədər eyni kökdən olsaq da, bizə də digər əcnəbilərlə eyni qanunlar tətbiq olunurdu. Ərdoğanın bu qərarı isə artıq bu yanaşmanı dəyişir”.
Ekspertin fikrincə, yeni hüquqi status azərbaycanlıların Türkiyədə daha rahat yaşamasına, işləməsinə və təhsil almasına imkan yaradacaq:
“Türkiyə türk dövlətləri arasında “böyük qardaş” kimi qəbul olunur. Ərdoğanın bu qərarını da məhz böyük qardaş jesti kimi dəyərləndirmək olar. Bu addım həmçinin türk dövlətləri arasında əlaqələrin sıxlaşmasına təkan verəcək”.
Hümbətov qeyd edib ki, azərbaycanlıların Türkiyədə əvvəldən müəyyən üstünlükləri olsa da, bu qərar həmin münasibətlərin hüquqi əsasda rəsmiləşməsi baxımından mühümdür:
“Azərbaycan vətəndaşlarının Türkiyədə əvvəldən müəyyən avantajları var idi. Bu addım isə həmin statusu artıq qanun çərçivəsində təsdiqləyir. Nəticə etibarilə bu qərar həm də Türkiyədə təhsil alan türkiyəli olmayan türksoylu tələbələrin sayının artmasına səbəb olacaq. Bu da öz növbəsində Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcək”.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır