Daşıyıcıların qarşılaşdığı problemlərin həlli üçün Bakıda keçirilən görüşdə Azərbaycan, İran və Rusiyanın gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrup yaradılıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.
Şahin Mustafayev bildirib ki, Azərbaycan tərəfi Astaraçay yeni avtomobil körpüsünün tikintisini başa çadırıb, həm də müvəqqəti sərhəd keçid məntəqəsinin fəaliyyəti təmin olunub:
“İran tərəfindən bu işlər bir az yubanır. İran tərəfinin əmin edib ki, gələn ilin Novruz bayramınadək bu işlər başa çatacaq. İndiki gündəlik 100-150 yük avtomobili keçirən sərhəd keçid məntəqəsi və avtomobil körpüsü 1000 maşınadək keçidi təmin edəcək. İndi böyük tıxaclar var. Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq”.
Baş nazirin müavini qeyd edib ki, avtomobil yolları və daşıyıcılarının rastlaşdığı bəzi problemlərin həlli üçün də üçtərəfli İşçi Qrupun yaradılması haqqında razılıq əldə edilib:
“Bu İşçi Qrup tıxaclar, tıxacların yaranma səbəbləri, əgər varsa, süni əngəllərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcək”.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır