İrəli sürülən ittihamlar çox ağırdır. Hətta dövlət çevrilişinə cəhdlə bağlı ittihamlar da mövcuddur. O cümlədən, korrupsiya və rüşvət faktları var. Bunların hamısı sözsüz ki, araşdırılmalıdır. Məsələ bu səviyyəyə qalxıbsa, bu, işin ciddiliyindən xəbər verir.
BUTA.TV xəbər verir ki, bu sözləri sabiq millət vəkili Vahid Əhmədov PA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin həbsinə münasibət bildirərkən deyib.
O bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən zamanında Ramiz Mehdiyevə çox böyük hörmət göstərilib:
“Hətta Prezident Administrasiyasındakı vəzifəsindən yola salınarkən ən yüksək mükafat olan Heydər Əliyev ordeni ilə təltif edildi. Bütün bunların qarşısında belə əməllərə yol verilibsə, kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq, mütləq cavab verməlidir”.
V.Əhmədov vurğulayıb ki, belə bir yüksək ranqda olmuş dövlət məmurunun belə bir addım atması həm də qeyri-etikdir:
“Bu, millətə, dövlətə yaraşmayan hərəkətdir. Eyni zamanda bu, dövlət başçısına qarşı atılan addımdır. Korrupsiyanı, əmlak məsələlərini və sairəni bir kənar qoyuram. Amma dövlətə, onun suverenliyinə qəsd etmək, dövlət çevrilişinə cəhd kimi məsələlər qəbuledilməzdir ”.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək