Pakistan-Əfqanıstan sərhədində yenidən gərginlikdir, döyüşlər səngimir, hər iki tərəfdən ölən və yaralanlar var. Bu gedişlə atəşkəsə nail olmaq üçün vasitəçiyə ehtiyac olacaq. Əks halda bu iki ölkə bir müddət sonra yenidən toqquşacaq. ABŞ Prezidenti Donald Tramp yenə özünü qabağa verəcəkmi?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Pakistan və Əfqanıstan arasında son toqquşmalar haqda qeyd edib.
O bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərifin ABŞ prezidenti ilə dostluq münasibətləri var:
“Buna baxmayaraq, hər hansı münaqişədə vacitəçi olmaq üçün hər iki tərəfin razılığı olmalıdır. Taliban rejiminin Vaşinqtonun vasitəçiliyinə razılaşacağı çətindir. Vasitəçiliyə iddia edən ölkələrdən biri Çin ola bilər. Pekin İslamabadla strateji tərəfdaşdır. Pekinin Taliban rejimi ilə də sıx əlaqələri var. Pekinə Pakistanla Əfqanıstan arasında münasibətlərin normallaşdırılması həm də ona görə vacibdir ki, Çinin hər iki ölkədə iqtisadi maraqları var.
Qətər də tərəfləri masa arxasında oturmağa dəvət edə bilər. Qətərin son illərdə müxtəlif münaqişələrlə bağlı vasitəçilik təcrübəsi var. Taliban Əfqanıstanda ABŞ qoşunlarına qarşı savaşarkən, Qətərdə nümayəndəliyi mövcud idi. ABŞ diplomatları ilə Taliban nümayəndələri arasında danışıqlar məhz Qətərdə gedirdi və bu danışıqların nəticə olaraq sonda Vaşinqton Əfqanıstanı tərk etmək qərarına gəldi.
Vasitəçi hansı dövlət olursa-olsun, əsas məsələ Əfqanıstanla Pakistan arasında sərhədin hər iki tərəfdən tanınmasıdır. Əfqanıstan 1893-cü ildə ingilis müstəmləkəçilərinin müəyyənləşdirdiyi və şərti adı “Durand xətti” adlanan sərhədi tanımır. İki ölkə arasında sərhədin uzunluğu isə 2670 kilometrdir”.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır