Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda böyük zərgərlik mağazasından oğurluq edən azərbaycanəsilli qarətçilər 1500 kilometr məsafədə yerləşən Qarsda saxlanılıblar.
BUTA.TV xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə 6 oktyabr 2025-ci il tarixində saat 09:15-də baş verib.
Qarətçilər "qızıl dəyişdirmək" adı ilə zərgərlik mağazasına daxil olublar, iş yeri sahibini və işçisini amansızcasına döyüblər, təxminən 4,7 milyon lirə (191 min AZN) dəyərində 1 kiloqram qızıl və təxminən 300 min lirə (təxminən 12 min AZN) nağd pul oğurlayıblar.
Daha sonra kirayə götürdükləri avtomobillə hadisə yerindən uzaqlaşıblar. Onlar saxta şəxsiyyət vəsiqələri ilə sərnişin avtobusuna minərək İstanbulu tərk ediblər. Lakin keçirilən əməliyyat nəticəsində Qarsda ələ keçirilərək İstanbula gətiriliblər.
Şübhəlilər müvafiq prosedurlardan sonra tutularaq həbsxanaya göndəriliblər.
Şübhəli şəxslərin oğurluq etdiyi hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub.
Ələ keçirilən qarətçilərin daha əvvəl də TIR-dan 2,3 milyon lirə (93 min AZN) dəyərində oğurluq etdikləri məlum olub.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır