“Akkord” şirkətlər qrupuna daxil olan iki şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, söhbət Akkord Qum MMC-dən və Akkordian Traden MMC-dən gedir. Hazırda “Akkordian Traden”in 110 min manatdan çox vergi borcu mövcuddur.
Bundan başqa, qrupa daxil olan “Akkord Hydrotechnical Construction Company”nin də külli miqdarda vergi borcu yaranıb.
Belə ki, hazırda şirkətin 1 milyon 194 min manat dövlətə vergi borcu var. Onu da əlavə edək ki, müxtəlif illərdə sözegedən şirkət dəfələrlə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə cərimələnib.
Qeyd edək ki, “Akkord” şirkətlər qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək