2022-ci ildə Aktau şəhərində Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən orta dəhlizin inkişafı və istismarı ilə bağlı "2022-2027-ci illər üçün yol xəritəsi" imzalanıb. Sənəddə üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafı, əməliyyatların optimallaşdırılması, əlavə yük axınının cəlb edilməsi, vahid tarif siyasətinin tətbiqi, logistika mərkəzləri şəbəkəsinin inkişafı və digər əsas məsələlərin həlli nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform"a müsahibəsində bildirib.
"İnfrastruktur sahəsində mühüm layihələrdən biri də Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xətlərinin çəkilməsidir. Tikinti müqaviləsi 2025-ci ilin mart ayında Bakıda imzalanıb, işlərin başa çatdırılması 2026-cı ilin sonuna planlaşdırılıb ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək", - dövlət başçısı vurğulayıb.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək