Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılsa da, AMEA-dan uzaqlaşmırdı. 2022-ci il fevralın 22-də AMEA-nın Ümumi Yığıncağında istefası qəbul edilən Ramiz Mehdiyevin martın 17-də Akademiyada olduğu haqda məlumat yayıldı.
BUTA.TV xəbər verir ki, bu barədə APA-nın yaydığı “Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?” məqaləsində bildirilib.
“AMEA-dan verilən açıqlamada onun binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib”, - məqalədə vurğulanıb.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək