Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi 2026-cı ildə açılacaq.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Alen Qevondyan bildirib.
Ekspert qeyd edib ki, “Zəngəzur dəhlizi” ifadəsinə İrəvanın etirazına baxmayaraq, hər şey Bakı və Ankaranın dediyi kimi olacaq.
Alen Qevondyan məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi mesajlara da diqqət çəkib:
“Vaşinqtonda sənədlərin imzalanmasından sonra bir sıra hadisələr baş verdi, bəlli oldu ki, bu sənədlər hələ heç nə demək deyil, hər şey Bakı və Ankaranın verdiyi qərarlara uyğun olacaq. Bundan sonra Tramp bu məsələyə öz yanaşmasını açıqladı, Əliyev bəyanatlar verdi.
Əliyev BMT, türk ölkələrinin sammiti və digər platformalarda Zəngəzur dəhlizindən danışdı. Paşinyan bundan narahatdır. Bu, Zəngəzur dəhlizini vermək və ya verməmək məsələsi ilə bağlı deyil, onlar çoxdan razılaşıblar, Zəngəzur dəhlizi reallığa çevriləcək. Paşinyan üçün vacibi odur ki, seçkilərə qədər bu mövzu ictimai dövriyyədə olmasın. Seçkilərdən sonra isə o, şəxsən qırmızı lenti kəsərək Zəngəzur dəhlizini açacaq və onu hədiyyə edəcək”.
A.Qevondyan 2026-cı ildə Ermənistan Konstitusiyasının referendum yolu ilə dəyişdiriləcəyini da qeyd edib. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının Ermənistanın əsas qanunundan çıxarılmasından gedir. Bu, sülh müqaviləsinin imzalanması üçün Bakının tələbidir.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı