Azərbaycanın Ermənistana gedən tranzit yüklər üçün ərazisini açmaq qərarı Bakı və İrəvanın sülhə doğru getməsində ciddi olduqlarına işarədir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Belyayev Azərbaycanın Ermənistana gedən tranzit yüklərə öz ərazilərini açmasını şərh edərkən deyib.
“Azərbaycanın bu qərarı ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Daha çox isə Azərbaycan və Ermənistan, xüsusən də Qarabağ münaqişəsinə görə iki qonşusu tərəfindən otuz ildən artıq blokadada olan Ermənistan arasında ticarət üçün. Belə çıxır ki, Ermənistan əngəlləndiyi üçün belə boz ləkə olub və indi yeni imkanlar yaranır. Ermənistan və Azərbaycan sonda ticarət edəcək. Ermənistanın Rusiya ilə obyektiv, faydalı iqtisadi əlaqəsi var və bunu yadda saxlamalıdır. Azərbaycan ərazisi vasitəsilə isə dənizə çıxışı olmayan bu ölkə təhlükəsiz dəniz limanlarına aparacaq nəqliyyat dəhlizlərinə çıxış əldə edəcək”, - o bildirib.
Belyayevin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin qurulması ümumilikdə həm MDB, həm də Aİİ üçün faydalıdır:
“Nəqliyyat marşrutları həm də əlavə iş yerləri yaradır və iqtisadi inkişafa təkan verir. Təbii ki, dövlətlər arasında münasibətlərdə müxtəlif eniş-yoxuşlar, siyasi maneələr olur, lakin hər bir ağıllı rəhbər başa düşür ki, həmişə ölkənin coğrafiyasının özü tərəfindən təyin olunan obyektiv iqtisadi imkanlar mövcuddur. Qarşıda uzun bir yol var: Ermənistan ərazisində Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi. Bu magistralların özlərinin - dəmir yollarının, avtomobil yollarının və digərlərinin tikintisi öz növbəsində iqtisadiyyata töhfədir”.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır