Azərbaycanda məmurlar öz sələflərinin fəaliyyətini danırlar. Bu inkarçılıq yazılan kitablarda, tədbirlərdə özünü açıq şəkildə büruzə verir. "Azərbaycan gömrüyü, dünən, bu gün, sabah" adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür.
BUTA.TV xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev qeyd edib.
O, Gömrük Komitəsinin keçmiş sədri olan Səfər Mehdiyevin müəllifi olduğu "Azərbaycan gömrüyü, dünən, bu gün sabah" kitabında Kəmaləddin Heydərovun gömrük sahəsindəki fəaliyyətlərini bilərəkdən sildiyini deyib:
"Səfər Mehdiyevin 2022-ci ildə tərtib etdiyi bu kitabda Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki 12 illik fəaliyyəti silinib. 500 səhifəlik kitabın bir yerində belə K.Heydərovun nə şəkli, nə də adı yer alıb. Səfər müəllimə görə gömrüyün dünəni olmayıb, yalnız onun sədr olduğu dövrdə Komitə mövcud olub...
Xatırladıram ki, Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə qədər Gömrük komitəsinin sədri vəzifəsində çalışıb. Səfər Mehdiyevə müxtəlif vəzifələr verib. S.Mehdiyev 2004-2006-cı illərdə K.Heydərovun müavini olub, 2006-cı ildən 2018-ci ilə qədər sədrin birinci müavini, 2018-ci ildən 2022-ci ilə qədər isə Komitənin sədri vəzifəsində işləyib. Məmurların sələflərinə göstərdikləri sayğısızlıq çox pis bir ənənənin əsasını qoyub. Kitab geniş oxucu kütlələri üçün nəzərdə tutulub. K.Heydərovun fəaliyyətini danan bu kitabın çapına 200.000 manatdan çox vəsait xərclənib".
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı