Sentyabr ayında rüşvət ittihamı ilə saxlanılan azərbaycanəsilli iş adamı Yusif Xəlilov Rusiyanın Voronej şəhərində həbsdən azad edilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri ona yaxın mənbələrə istinadən məlumat verib.
Məlumata görə, iş adamı hazırda Azərbaycandadır və müəyyən müddətdən sonra Voronejə qayıda bilər.
Qeyd edək ki, Voronejdə "Yardi Superbar" restoranı, "Fort" kafesi və şəhərdə böyük "Alekseyevski" ərzaq bazarının sahibi olan Xəlilova qarşı rüşvət vermək (Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi - 12 ilə qədər həbs ilə cəzalandırılır) maddəsi üzrə ittiham olunub. İstintaqın versiyasına görə, bu ilin əvvəlində iş adamı çağırış komissiyasının üzvü olan dermatoveneroloqa vasitəçi üzərindən 330 000 rubl (7 000 manatdan çox) rüşvət verib ki, oğlunu hərbi xidmətə yararsız elan etsin.
Yusif Xəlilovun vəkili Daniil Drobışev müvəkkilinin cinayət işi ilə bağlı şərh verməkdən imtina edib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı