Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
BUTA.TV xəbər verir ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Belarus nümayəndə heyətinə isə Belarus Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq baş idarəsinin rəisi Kojan Andrey Vyaçeslavoviç rəhbərlik edib.
Məsləhətləşmələrdə hər iki tərəfin xarici siyasət orqanlarının məsul əməkdaşları, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, həmçinin, Belarus Respublikasının Xarici İşlər Nazirliyinin və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları iştirak ediblər.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
Məsləhətləşmələrin sonunda aparılmış müzakirələrə uyğun olaraq Protokol imzalanıb.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı