Yevlaxda fəaliyyət göstərən iri kərpic istehsalı müəssisəsi BLOKSİ Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) uzun müddətdir əmək haqqı ödənişləri ilə bağlı qalmaqalla gündəmdədir. Müəssisənin rəhbəri Şəmsəddin Muradov işçilərin maaşlarının verilməməsi və əmək hüquqlarının pozulması ilə bağlı şikayətlərin mərkəzindədir.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, zavodda çalışan işçilər əmək haqlarını ala bilmədikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) müraciət edib. Nazirliyin apardığı yoxlama nəticəsində müəssisədə əmək haqqı ödənişlərində ciddi pozuntular aşkar edilib.
Nəticədə BLOKSİ MMC barəsində inzibati protokol tərtib olunub. Lakin Yevlax Rayon Məhkəməsi protokolu əsassız sayaraq ləğv edib.
Dövlət Əmək Müfəttişliyi Xidməti Yevlax Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, müəssisə rəhbərliyinin cərimələnməsini tələb edib. Şəki Apellyasiya Məhkəməsi isə şikayəti qismən təmin edərək, işi yenidən araşdırılması üçün Yevlax Rayon Məhkəməsinə göndərib.
Hazırda məsələ məhkəmədə araşdırılır. İşçilər isə Şəmsəddin Muradovdan əmək haqlarının tam şəkildə və qanuni qaydada ödənilməsini tələb edirlər.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı