Siyasi baxımdan Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatıb, lakin sosial-psixoloji baxımdan davam edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, iki ölkə arasında artıq sülh bərqərar olub, lakin hazırda əsas çətinlik diplomatiyada deyil, yeni reallıqla barışmaqdadır:
“Sülhdən danışanda bu, çoxlarına qəribə və hətta yad görünür. Sülh Ermənistan və Azərbaycan üçün tanış olmayan bir anlayışdır və yeni bir mühitdir. SSRİ-nin dağılmasından sonra məhz münaqişə hər iki ölkənin siyasi sistemlərinin, ictimai əhval-ruhiyyəsinin və milli kimliyinin formalaşdığı amilə çevrildi: Münaqişə düşüncə tərzimizi, siyasətimizi və xalqlar arasındakı münasibətləri müəyyən etdi. Siyasi mənada münaqişənin sonu ictimai şüurda dərhal dəyişiklik demək deyil. Uzun müddətdir davam edən düşmənçiliyin aradan qaldırılması vaxt, dialoq və qonşuluğun qavranılmasına yeni yanaşmalar tələb edir. Bu gün Ermənistan və Azərbaycan arasında uğur hekayələri var. Bu hekayələr 2024-cü ildə iki ölkə arasında sərhəd demarkasiyası prosesindən başlayıb. Bu, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında dönüş nöqtəsidir, çünki hər iki ölkə 1991-ci il Almatı bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıyır”.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır