Bu gündən dörd günlük tətil başlayıb.
BUTA.TV xəbər verir ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı