Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.
BUTA.TV dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu işlərin davamı kimi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi işləri aparılacaq.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı bir müddət əvvəl başladığı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını "Ramco" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalöə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 6.889 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu "Ramco" QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Abdullayev Rövşən Hüseyn oğludur.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı