Heç bir ölkənin torpağında gözümüz yoxdur, amma bizim coğrafiyamızda heç kim sərhəd çəkə bilməz. Harada bir məzlum varsa, dost və qardaşlarımızın yanındayıq. Bunu etməsən, Türkiyəni böyüdə bilməzsən.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz sıradan bir dövlət və ya millət deyilik, Biz Səlcuq və Osmanlı kimi iki böyük cahan dövlətlərinin mirası və təcrübəsini yaddaşında diri saxlayan bir millətin övladlarıyıq. Öz ölkəmizin sərhədləri içində qalacağıq və o sərhədləri qanımızla, canımızla qoruyacağıq. Bir ayağımız Ankarada, digər ayağımız başqa ölkələrdə sülh və ədalət mübarizəsi aparırıq. Digər tərəfdən Fələstində məzlumların yanında durur, Sudanda qanı dayandırmağa çalışırıq. Bütün imkanlarımızla dost və qardaşlarımızın yanındayıq. Bunu etməsəniz, tarixə xəyanət etmiş olarsınız.
Suriyanın yenidən qurulması və bərpasında iştirak edəcəyik. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Suriya, Fələstin, Azərbaycan, Sudan, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, İran və Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə birbaşa bağlıdır”, - o bildirib.
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı