Hazırda Azərbaycan–İran münasibətləri normal və stabil səviyyədədir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.
Prezidentin köməkçisi Tehrandakı səfirliyə silahlı hücumla bağlı yaranan diplomatik böhranın artıq həll edildiyini qeyd edib.
Onun sözlərinə görə, hücum edən şəxs İran qanunlarına uyğun şəkildə məsuliyyətə cəlb edilib və Azərbaycan o səhifəni tamamilə bağlayıb.
Hikmət Hacıyev həmçinin Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezşkian arasında yaxşı münasibətlərin olduğunu vurğulayıb.
O, Bakı-Tehran əlaqələrində yeni nəqliyyat layihələri də gündəmdə olduğunu vurğulayıb:
"Azərbaycan–İran sərhədində, Araz çayı üzərindən inşa edilən Ağbənd–Kəlalə yolu və körpüsü 2025-ci ilin sonuna qədər struktur baxımından tamamlanacaq. Gömrük və sərhəd infrastrukturu 2026-cı ilin əvvəllərində qurulması planlaşdırılır. Biz İranı qonşu, strateji tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyə ümid edirik".
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı
- "Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
- Prezident və xanımı açılışda iştirak etdi