Tələbələr üçün ictimai nəqliyyatda güzəşt tətbiqi uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Artıq ödəniş sistemi ilə bağlı müxtəlif araşdırmalar aparılır və “Tələbə+” kartının metro, avtobus və digər xidmətlərdə istifadəsinin genişləndirilməsi istiqamətində təkliflər irəli sürülür. Dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə tələbələr üçün xüsusi güzəşt mexanizmlərinin mövcudluğu bu məsələnin Azərbaycanın gündəliyinə gətirilməsini daha aktual edir.
Bu sözləri BUTA.TV-a açıqlamasında deputat Ceyhun Məmmədov tələbələr üçün nəqliyyatda güzəşt imkanlarının gələcəkdə tətbiqi ehtimalından danışarkən deyib.
Deputat bildirib ki, ölkəmizdə bu istiqamətdə müəyyən təhlillər aparılır və proses vaxt tələb etsə də, real perspektiv var:
“Semestrlik paketlər və digər uyğun mexanizmlərin tətbiqi ilə tələbələrə müəyyən endirimlərin verilməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu, vaxt tələb edən bir prosesdir və həmçinin müəyyən maliyyə yükü də mövcuddur. Dövlət qurumları subsidiyaların verilməsi və nəqliyyatda tətbiq olunan güzəştlərlə bağlı müəyyən öhdəliklər daşıyır. Lakin az da olsa, güzəşt tətbiqi gündəmə gətirilə bilər, çünki tələbələrin bu dəstəyə ehtiyacı var.
Ümid edirəm ki, yaxın dövrdə bu istiqamətdə müvafiq addımlar atılacaq”.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto