İranın xarici işlər naziri Abbas Arakçının ilin son ayında Azərbaycana səfərinə Prezident Məsud Pezeşkianın qonşularla dostluq münasibətlərinin inkişafı prizmasından baxmaq lazımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə İranın dövlət başçısının İlham Əliyevə və Azərbaycana böyük hörməti olduğunu deyən Abbas Arakçı cümləsini belə yekunlaşdırdı: “Məsud Pezeşkian İran prezidenti seçiləndən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verib”. Abbas Arakçı Azərbaycan Prezidentinin İrana rəsmi səfərə dəvət edildiyini də bildirib. Azərbaycan Prezidentinin İrana səfəri gələn il baş tuta bilər.
Məsud Pezeşkianın Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyi səmimidir. İranın başqa çıxış yolu da yoxdur. Qərbin sərt sanksiyaları ilə üzləşən, ABŞ və İsrailin yeni hücumlarından hələ də sığortalanmayan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla yaxşı münasibətlərə, ortaq layihələrin reallaşmasını sürətləndirməyə ehtiyacı var. Problem ondadır ki, bunu İran prezidenti və onun hökumət üzvləri anlasalar da, hakimiyyyətin digər mühafizəkar qanadı hələ də fərqli mövqedədir. Doğrudur, mühafizəkarlar əvvəlki illərdə olduğu kimi “Zəngəzur dəhlizinə imkan verməyəcəyik” kimi məntiqsiz və mənasız açıqlamalarını azaldıblar, ancaq antiazərbaycan ritorikalarından tam imtina da etməyiblər”, - politoloq vurğulayıb.
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq