Aramızda çox oxşarlıqlar mövcuddur. Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq.
BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib.
"Biz sosialist blokun dövlətləri hesab edilən ölkələrdə yaşamışıq. Müstəqil deyildik. Müstəqilliyimizin çox məhdud hüdudları olub. Demək olar ki, eyni vaxtda - 1990-cı illərin əvvəllərində əsl müstəqil ölkələr olduq. O vaxt müstəqilliyi və bütün təsisatları, həmçinin gələcəyimizi sıfırdan qurmalı idik. İndi isə 30 ildən bir qədər artıq müddətdə Slovakiyanın əldə etdiyi tərəqqiyə nəzər salsaq görərik ki, həmin irəliləyiş xalqınızın güclü iradəsi, tarixiniz, mədəniyyətiniz və milli mənsubiyyətiniz sayəsində əldə olunub. Bu gün böyük təəssürat bağışlayan qədim Qəsrdə birgə olduğumuz zaman mən bir daha enerjili, müqavimətli və müstəqil siyasət yürütməkdə bacarıqlı olmağınızın mənbəyini gördüm", - Prezident qeyd edib.
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq