Rusiyanın Voronej vilayətində saxlanılan azərbaycanlı Niyaz Əzim oğlu Zahidovun Rusiya Federarsiyası vətəndaşlığından bu ilin iyun ayında çıxarıldığı məlum olub.
BUTA.TV xəbər verir ki, Zahidovun Rusiya vətəndaşlığına Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin 3 iyun 2025-ci il tarixli qərarı ilə xitam verilib.
Zahidovun məlum qərardan üç ay müddətində yuxarı instansiya orqanına şikayət etmək imkanı olub.
Voronejdəki Azərbaycan diasporunun rəhbəri Mehdi Mehdiyev APA-ya açıqlamasında Zahidova bir neçə il bundan qabaq da xüsusi təyinatlı polis dəstəsinin - OMON-un əməliyyat keçirdiyini, onun doğum günü tədbirinə basqın etdiyini söyləyib.
Diaspor rəhbəri Zahidovun Azərbaycan Respublikasının vətəndaşlığının olmadığını söyləyib. Bildirib ki, Zahidov bir müddət əvvəl Azərbaycandan da deportasiya olunub:
“Bu yaxınlarda onun qardaşı rəhmətə getmişdi. Azərbaycana getdi, amma buraxmadılar. Oradan da deportasiya olunub. İndi Rusiya tərəfi də onun vətəndaşlığını ləğv edib. Evinə gəlib bildiriblər ki, vətəndaşlığı əlindən alınıb".
M.Mehdiyev ümumilikdə, Voronejdə diasporla bağlı vəziyyətin sakit olduğunu vurğulayıb.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi