Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi

18:10 - 6 Aprel 2026 - GÜNDƏM

 Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə bu il daha 71 nəfər qəbul edilib.

BUTA.TV xəbər verir ki, hazırda müəssisədə 110 nəfərə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.

Onlardan 52 nəfəri müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir, 15 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edilir, 43 nəfəri isə müxtəlif təlimlərdə iştirak edir, boccia və digər idman növləri üzrə bacarıqlarını təkmilləşdirir.

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.

Burada peşə və sosial reabilitasiya xidmətlərinə cəlb edilmiş gənclər digər ölkələrdəki müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər.

Ötən il Mərkəzdən daha 21 gənc həmin proqramlara cəlb edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol