FHN əhaliyə təkrar müraciət etdi

20:32 - 5 Aprel 2026 - GÜNDƏM

 FHN əhaliyə təkrar müraciət etdi

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

BUTA.TV xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazilərə qar yağdı – Faktiki hava

Təhlükə zamanı 112-yə zəng edin!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol