Bakıda yerləşən “İstanbul” klinikasında ixtisasca ümumi cərrah olan Fuad Abdullayev sertifikatı olmadığı halda plastik və estetik əməliyyatlar həyata keçirir.
Bu barədə BUTA.TV-a daxil olan məlumatda bildirilir.
Qeyd edilir ki, bu dəfə həkimə daha geniş “fürsət” yaradılıb: o, indi xüsusi himayə olunur, əməliyyatlar rəsmi olaraq ixtisaslı həkimlərin adına qeyd edilir, ancaq prosesi Fuad Abdullayev icra edir.
Fuad Abdullayev kimdir?
Bu, Fuad Abdullayevin ilk bu cür qanunsuzluğu deyil. Qəribədir ki, bu, Fuad Abdullayevin qanunsuzluğunun ilk himayəsi də deyil.
Belə ki, F.Abdullayev bir neçə il öncə "Nyu Med" (“New Med”) klinikasında cərrah kimi fəaliyyət göstərib. Hətta 2025-ci ilin noyabr ayında Səhiyyə Nazirliyi klinikanı Fuad Abdullayevə görə cərimələyib. Klinikada keçirilən plandankənar yoxlama zamanı Fuad Abdullayevin sertifikatsız özəl praktik tibbi fəaliyyətlə məşğul olması faktı aşkarlanıb. Klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib.
“Medicina” saytının 2024-cü ildə yaydığı məlumatda da qeyd olunub ki, Abdullayevin plastik cərrahiyyə əməliyyatları aparmaq üçün müvafiq diplomu yoxdur. O, uzun illər – 20 il ümumi cərrah kimi, əsasən qarın boşluğu orqanları üzrə əməliyyatlar həyata keçirib, daha sonra isə fəaliyyət istiqamətini dəyişərək özünü qulaq-burun-boğaz (LOR) və estetik cərrah kimi təqdim etməyə başlayıb.
2025-ci ilin aprel ayında Səhiyyə Nazirliyi tərəfindən açıqlanan “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin” siyahısında Fuad Paşa oğlu Abdullayevin adı yer almır.
Buna baxmayaraq, Fuad Abdullayev sosial şəbəkə hesablarında özünü plastik, estetik və LOR cərrah kimi tanıdır. Son yeddi ildə estetik cərrahiyyəyə artan tələbat fonunda fəaliyyət sahəsini dəyişdiyi və hazırda abdominoplastika, mammoplastikadan tutmuş, burun əməliyyatına kimi hər cür əməliyyatlar edir.
2024-cü ildə Bakupost.az-a açıqlamasında Fuad Abdullayev özünü cərrah kimi təqdim edib, LOR cərrahiyyəsi üzrə də ixtisaslaşdığını və 20 illik təcrübəyə malik olduğu üçün müxtəlif əməliyyatları icra etmək hüququna sahib olduğunu qeyd edib.
Həmin dövrdə “Lanset” cərrahlıq klinikası həkimin orada fəaliyyət göstərmədiyini iddia etsə də, Abdullayevin klinikada fəaliyyətinin davam etdirdiyi məlum olmuşdu.
Lakin “Analitik Ekspertiza Mərkəzi” tərəfindən verilən açıqlamada aparılan yoxlama zamanı həmin şəxsin artıq klinikada çalışmadığı bildirilmişdi.
Eyni zamanda, klinika da onun işdən uzaqlaşdırıldığını təsdiqləməklə. faktiki olaraq qanunsuz fəaliyyətiuni etyiraf etmiş olmuşdu.
Fuad Abdullayev yenə öz “ifasındadır”...
F.Abdullayev yenə də sertifikatı olmadan, plastic əməliyyatları necə davam etdirə bilir?
Əməkdaşımızın Abdullayevin köməkçisi ilə aparılan danışığı zamanı nəinki onun plastik cərrah kimi fəaliyyətini davam etdirməsi, hətta əməliyyatın qiyməti də üzıə çıxdı. Məlum oldu ki, onun tərəfindən həyata keçirilən rinoplastika əməliyyatının qiyməti, bütün xərclər daxil olmaqla, 1675 manat təşkil edir.
O, hazırda “İstanbul” klinikasında estetik əməliyyatlar aparmağa davam edir.
Onun sosial şəbəkə hesabında da plastik əməliyyat etdiyi xəstələrin görüntüləri yayılıb, onların “tərifləri” əksini tapıb.
Başqa sözlə, “reklamı” davam edir.
Klinikanın sahibi həkimin nə işlə məşğul olduğunu bilmir.
“İstanbul” klinikasının sahibi Əziz Quliyev sorğumuza cavab olaraq Fuad Abdullayevin həmin klinikada fəaliyyət göstərdiyini təsdiqlədi, lakin hansı əməliyyatları icra etməsi ilə bağlı məlumatlı olmadığını dedi.
Qeyd edək ki, “İstanbul” klinikasının sahibi Əziz Quliyevin adı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə birgə hallanır.
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi
- Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı