Qaradağ rayonunun Umbakı (Çeyildağ) qəsəbəsində körpünün çökməsi səbəbindən şagirdlər üçün tədris onlayn təşkil edilib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq qəsəbənin 224 nömrəli ümumi orta ümumtəhsil məktəbindən məlumat verilib.
Bildirilib ki, son günlər yağan intensiv yağışlarla əlaqədar Qaradağ rayonunun Umbakı qəsəbəsinə gedən yol sel suları nəticəsində dağılıb. Bu səbəbdən qəsəbə 224 nömrəli ümumi orta ümumtəhsil məktəbində I və II siniflər istisna olmaqla digər siniflərdə tədris onlayn formada təşkil olunur:
"Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Problemin həlli istiqamətində müvafiq işlər görülməkdədir. Alternativ yol təmir olunana kimi tədrisin onlayn qaydada davam etdirilməsi nəzərdə tutulur".
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...