Azərbaycan alüminiumu ASC ləğv ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncamında bildirilib.
Bununla bağlı Maliyyə Nazirliyinə "Azərbaycan alüminiumu"nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.
Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb.
"Azərbaycan alüminiumu"nun aktivləri Azəralüminium MMC-nin balansına veriləcək.
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video
- Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - Foto
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video
- Suqovuşanda mina partladı: xəsarət alan var
- Masallıda ev yandı: baba və nəvə öldü
- Abşeronda yeni yol qısa müddət sonra çökdü - Foto
- Sərhədimizi pozan 72 nəfər saxlanıldı - Foto