Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu

21:30 - 2 Aprel 2026 - GÜNDƏM

 Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu

Bu ilin mart ayında Quql Azərbaycanda ən populyar axtarış sistemi kimi öz mövqeyini qoruyub saxlayıb. Belə ki, onun bazardakı payı 89,85 faiz təşkil edib.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Quqlun bazar payı fevral ayı ilə müqayisədə 0,15 faiz azalıb.

Yandeks axtarış sisteminin bazar payı isə hesabat dövründə 0,04 faiz bəndi azalıb və 1,3 faiz təşkil edib.

Mart ayında Binq axtarış sisteminin bazar payı 0,15 faiz bəndi artaraq 5,13 faizə çatıb, digər yandan Yahoo 0,09 faiz bəndi artım nümayiş etdirib və bazar payı 1,48 faiz təşkil edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol