Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto

12:10 - 2 Aprel 2026 - GÜNDƏM

 Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bu səbəbdən prospektdən “Koroğlu” metostansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tiflis proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metrostansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol