Azərbaycanda aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
- Əli Kərimlinin mühafizəçisinə hökm oxundu
- Onların vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır
- “Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir
- Qatarlar arasında interval növbəti dəfə azaldılır
- Onların təhsil haqqını dövlət ödəyəcək
- Milli Müdafiə Universiteti: sənəd qəbulu davam edir
- Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi
- Ən çox bankçılıq mükafatını ABB qazanıb