Hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur. Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciətində qeyd edilib.
“Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.
Sürücülərə tövsiyə olunur:
- Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;
- Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;
- Ara məsafəni qoruyun;
- Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.
Piyadalara tövsiyə olunur:
- Yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin;
- Yolun hərəkət hissəsinə qəfil çıxmayın;
- Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir. Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır”, - müraciətdə bildirilib.
- Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü
- Sabah hava necə olacaq?
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- 68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq
- Gəncədə 27 yaşlı kişinin meyiti tapıldı
- Azərbaycanda yeni "mall" tikilir - Ünvan
- DYP-dən dumanlı hava ilə bağlı sürücülərə müraciət
- Qeyri-sabit hava ilə bağlı daha bir xəbərdarlıq