Şəbnəm Səfərova "Study in Azerbaijan” layihəsinin direktoru təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə o özü məlumat verib.
Şəbnəm Səfərova qeyd edib ki, bu vəzifəyə təyin edilməsi ona böyük etimaddır:
"Study in Azerbaijan” kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda məsuliyyətli bir mərhələnin başlanğıcıdır.
AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Study in Azerbaijan”, Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət–özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.
Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.
Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram”.
Qeyd edək ki, Şəbnəm Səfərova məşhur azərbaycanlı pilot, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır. O "Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədridir.
- "Azərsun Holdinq" bu istiqamətdə fəaliyyətini genişləndirir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya