Ermənistan hökuməti Konstitusiyanı Azərbaycan və Ermənistanın tələbi ilə dəyişdirəcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni ekspert Vardan Poqosyan deyib.
“Yeni Konstitusiya məsələsi Azərbaycan və Türkiyənin irəli sürdüyü tələblərdən irəli gəlir. Hakimiyyət bu tələb çərçivəsində Ermənistanın əsas qanununu dəyişdirməyə hazırlaşır”, - o bildirib.
Xatırladaq ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müvafiq bəndin Ermənistan Konstitusiyasından çıxarılmasından gedir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendumun gələn il keçiriləcəyi gözlənilir.
- "Azərsun Holdinq" bu istiqamətdə fəaliyyətini genişləndirir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya