Rusiya ilə Türkiyə arasında aktiv qapalı dialoq keçirilib. Bu hadisədən hamı şoka düşüb: Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar o qədər uzun çəkib ki, Putini yan otaqda gözləyən Pakistanın Baş naziri Şahbaz Şərif sonunda onu gözləməmək qərarına gəlib və birbaşa Putin və Ərdoğanın olduğu otağa girərək Putinə görüşü təxirə salmağı təklif edib. Rusiya lideri də razılaşıb.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Putinlə Ərdoğan arasında danışıqlar isə yenidən davam etdirilib. Deməli, danışılacaq çox şey var. Danışıqlardan sonra heç bir açıqlama verilməyib. Çünki bunlar çox, çox həssas məsələlərdir. Görünür, səbəb sülh planı və ya ticarət deyil, Türkiyənin dəniz ticarətindəki böhrandır. Ukrayna Türkiyə sularında Rusiya nefti və qida məhsulları daşıyan gəmilərə, hətta Türkiyə gəmilərinə də aktiv pirat hücumları həyata keçirib. Rusiya isə Odessada Türkiyəyə məxsus olduğu ortaya çıxan bir gəmiyə zərbə ilə cavab verib. Bütün bunlar çox təhlükəli bir inkişafdır. Türkiyə rəhbərliyi dəniz nəqliyyatı vəziyyətini Putinlə dialoq vasitəsilə böhrandan çıxarmağa çalışır”, - o bildirib.
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi