Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

Tarix: Siyasət

Ermənistan-Azərbaycan sərhədində vəziyyət hazırda sakitdir, lakin silahlı qüvvələr Yeni il bayramı zamanı gücləndirilmiş döyüş hazırlığı vəziyyətində olacaq.

BUTA.TV xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

Papikyan bildirib ki, hazırda narahatlığa əsas yoxdur:

“Ermənistan silahlı qüvvələri bu gün hava şəraiti ilə bağlı digər problemlərlə üzləşir: güclü külək və qar fırtınası. Bu, qoşunların xidmətlərinin təşkilində əlavə çətinliklər yaradır, çünki qış aylarında yüksək dağlıq ərazilərdəki mövqelərə aparan yollar bağlıdır. Ermənistan qüvvələrinin bəzi mövqeləri 3500 metrə qədər yüksəklikdə yerləşir və oktyabr ayından orada artıq qar yağıb. Bu baxımdan yolların təmizlənməsi və fasiləsiz rabitənin təmin edilməsi üçün hər şey edilir”.