Ermənistanda 44 günlük müharibə zamanı həlak olan və itkin düşən hərbçilərin ailələri parlament nəzdində yaradılmış istintaq komissiyasının hesabatının dərc olunmasını tələb edirlər.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, həlak olanların yaxınları müvafiq petisiya hazırlayıb və Ermənistan Milli Assambleyasının binası önündə imza toplayırlar.
Toplanan imzaların Milli Assambleyanın sədri Alen Simonyana təqdim olunacağı bildirilir.
Ailələr hesab edir ki, müharibənin gedişi, verilən qərarlar və baş verən hadisələrlə bağlı cəmiyyətə tam və açıq məlumat verilməli, istintaq komissiyasının nəticələri gizli saxlanılmamalıdır. Onların fikrincə, hesabatın açıqlanması həm həlak olanların xatirəsinə hörmət, həm də gələcək üçün məsuliyyətin müəyyənləşdirilməsi baxımından vacibdir.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi