Serbiyanın milli aviadaşıyıcısı "Air Serbia" 2026-cı il mayın 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, "Air Serbia" gələn il Azərbaycan paytaxtı da daxil olmaqla altı istiqamətə birbaşa uçuşlar həyata keçirəcək.
Belə ki, aprelin 30-dan Santoriniyə (Yunanıstan), mayın 3-dən Bakıya, mayın 23-də Torontoya (Kanada), sentyabrın 30-da Sevilyaya (İspaniya), oktyabrın 27-də Tenerifeyə (İspaniya), dekabrın 14-dən isə Tromsoya (Norveç) uçuşlar həyata keçiriləcək.
Noyabrın sonunda "Air Serbia" şirkətinin baş direktoru İrji Marek Serbiya Radio Televiziyasına (RTS) bildirib ki, Belqraddan Bakıya birbaşa aviareyslərin açılması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar yekun mərhələdədir.
- "Azərsun Holdinq" bu istiqamətdə fəaliyyətini genişləndirir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya