Türkiyə Suriyanın ordusuna Azərbaycan modeli əsasında dəstək verməyə hazırdır.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib.
Nazir vurğulayıb ki, Türkiyə əvvəllər Azərbaycan, Liviya və Somali ordularına hərbi təlim dəstəyi göstərib və Suriyaya da eyni dəstəyi təqdim etmək niyyətindədir.
“Azərbaycana, Liviyaya və Somaliyə təlim dəstəyini necə təmin etmişiksə, eynisini onlara da verə bilərik. Təlimlərə Türkiyədə başlamışıq və davam etdiririk. Suriyanın terrorla mübarizəsinə yardım etməli olduğumuzu düşünürük və fəaliyyətlərimizi də bu istiqamətdə davam etdiririk”, - deyə nazir qeyd edib.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi