Kupyanskın girişindəki sütunun fonunda Vladimir Zelenskinin videosu səhnələşdirilib və Ukrayna lideri özünü istedadlı aktyor kimi göstərib.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
“Zelenski aktyordur və istedadlıdır, mən bunu heç bir istehza olmadan deyirəm. Biz bunu onun filmlərindən bilirik. Ona görə də burada qeyri-adi bir şey yoxdur”, - Rusiya prezidenti Kupyansk yaxınlığında Zelenskinin çəkdiyi videoya münasibət bildirərkən qeyd edib.
Putin vurğulayıb ki, Zelenskinin videonu çəkdiyi sütun (Kupyansk yazılan - red.) indi tamamilə fərqli görünür.
O, Zelenskiyə sütunun yanında şəkil çəkmək əvəzinə Kupyanska girməsini təklif edib.
Qeyd edək ki, bir müddət öncə Zelenski Kupyanskın işğal olunmadığını təsdiqləmək üçün bu şəhərdən video yaymışdı.
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya
- Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu
- Vəkillər Kollegiyasından bir vəkil xaric edildi