9 dekabr tarixində Rusiya lideri Vladimir Putinə Kupyanskın Rusiya ordusunun nəzarətində olduğu barədə məruzə edən general-polkovnik Sergey Kuzovlev təltif olundu. 12 dekabrda Zelenski Kupyanska səfər etdi (Kupyanskın işğal altında olmadığını nümayiş etdirmək üçün – red.). Zelenskinin səfərindən bir neçə gün sonra isə məlumat yayıldı ki, general Kuzovlevin cəsədi tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib.
“İki gün əvvəl Zelenski şəxsən özü bildirdi ki, çox güman, bu general artıq sağ deyil. Dövlət başçıları belə bəyanatları, adətən, kəşfiyyat qurumlarının dəqiq məlumatı olmadan səsləndirmirlər.
Bu hadisə Rusiya hərbi-siyasi elitasında hökm sürən kritik gərginlikdən xəbər verir”, - politoloq əlavə edib.
Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-mayor Fanil Sarvarovun olduğu avtomobil partladılıb. General ağır yaralanıb.
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya
- Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu
- Vəkillər Kollegiyasından bir vəkil xaric edildi