Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirərək enerji müttəfiqliyimizi möhkəmləndirməliyik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
C.Yılmaz deyib ki, Azərbaycan və Türkiyənin Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəməri layihələri ilə atdığı təməllər bu gün TANAP ilə Avropanın enerji təhlükəsizliyinin sığortası halına gəlib:
“Ancaq vizionumuz sadəcə boru kəmərləri ilə neft və qaz daşımaqla məhdudlaşa bilməz. Bizlər Xəzərin resurslarını Qərbə çatdıran bir tranzit ölkəsi deyilik, enerjinin idarə edildiyi, enerji təhlükəsizliyinin təmin edildiyi strateji mərkəzlərik. Bu aspektdə enerji sahəsində əməkdaşlığımızı bərpa olunan enerji mənbələrini də əhatə edəcək şəkildə çeşitləndirməli, Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirərək enerji müttəfiqliyimizi möhkəmləndirməliyik”.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi