Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabındakı paylaşımında bildirilib.
Bildirilib ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır:
"Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir".
- Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
- Prezident onu TƏBİB-in Müşahidə Şurasının sədri təyin etdi
- Prezident bu agentliyin kollegiyasını təsdiqlədi
- Prezident daha bir fərman imzaladı
- SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik...
- "Azəriqaz" rəhbərliyi Laçında vətəndaşları qəbul edəcək
- TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi
- İlham Əliyev sərəncam imzaladı